Oğuzda piyadanı avtomobil vuraraq öldürüb

Oğuzda piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az-ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, hələ ki, şəxsiyyəti dəqiqləşdirilməyən piyadanı avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.(Apa)
21:11 21.09.2025
Oxunuş sayı: 803