Biləsuvarda ağır yol qəzası: motosikletin sürücüsü ölüb

Biləsuvar rayonunda motosikletlə minik avtomobili toqquşub.
Crossmedia.az xəbər verir ki, rayon mərkəzindən keçən dolama yolda baş verən qəza nəticəsində motosikletin sürücüsü 1992-ci il təvəllüdlü Tağıyev Tamerlan Zakir oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
21:04 20.09.2025
Oxunuş sayı: 719