Qanunsuz odlu silah-sursat aşkar edilib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Crossmedia.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.
Sentyabrın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 10 qumbara, 18 alışdırıcı, 12 tüfəng, 17 patron darağı və 894 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
10:33 20.09.2025
Oxunuş sayı: 854