14 kiloqramdan artıq narkotik aşkar edilib

Sentyabrın 19-da polis əməkdaşları əməliyyat tədbiri keçirib.
Bu barədə Crossmedia.az-a DİN-in mətbuat xidmətindən məlumat verib.
Əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 14,1 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
10:26 20.09.2025
Oxunuş sayı: 877