Ötən səkkiz ayda narkotiklərlə bağlı 3614 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 67-si əcnəbidir

Bu ilin yanvar-avqust ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3614 nəfər cəlb edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.
Həmin şəxslərdən 3499 kişi, 115 qadın olub.
Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 67 nəfəri xarici ölkə vətəndaşından ümumilikdə 900 kq 251,475 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülüb.
15:48 18.09.2025
Oxunuş sayı: 684