Polis soyğunçuluq edən şəxsi saxlayıb

Sentyabrın 14-ü axşam saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsində soyğunçuluq hadisəsi baş verib.
Bu barədə Crossmedia.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Naməlum şəxs qəsəbə sakini olan bir nəfərin qızıl boyunbağısını soyğunçuluq edərək talayıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 45 yaşlı N.Əliyev saxlanılıb. Həmin şəxsdən psixotrop maddə olan metamfetamin də aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
13:36 18.09.2025
Oxunuş sayı: 612