Qanunsuz odlu silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Crossmedia.az nazirliyə istinadən xəbər verir.
Sentyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 tüfəng və 27 ədəd patron aşkar edərək götürüblər.
10:15 18.09.2025
Oxunuş sayı: 611