ANAMA yanında İctimai şuraya üzvlər müəyyən edilib




2025-ci il 16 sentyabr tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya üzvlərin seçilməsi ilə bağlı səsvermə keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.
Bildirilib ki, keçirilən səsvermənin nəticələrinə, eləcə də qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 9 namizəd ANAMA yanında İctimai Şuranın üzvü seçilib.
Namizədliyi irəli sürülmüş şəxslərin hər biri minatəmizləmə, maarifləndirmə, minadanzərəçəkənlərə yardım, ölkəmizin mina problemini dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində müvafiq təcrübəyə malikdirlər.
14:57 17.09.2025
Oxunuş sayı: 966