İtkin düşmüş 10 nəfər tapılıb-DİN

Sentyabrın 15-də polis əməkdaşları əməliyyat tədbirləri keçirib.
Bu barədə Crossmedia.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.
Keçirdikləri tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
10:21 16.09.2025
Oxunuş sayı: 653