Salyanda 62 yaşlı kişi böyürtkən yığarkən ağır xəsarət alıb

TƏBİB qırma xəsarəti alan şəxsin vəziyyəti barədə məlumat yayıb.
Crossmedia.az
xəbər verir ki, 12.09.2025-ci il tarixində saat 18:10 radələrində 1963-cü il təvəllüdlü
şəxs (kişi cinsli) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə
hospitalizasiya olunub.
Sol
göz, sağ çiyin, sağ budun yuxarı 1/3 hissəsinin, sol əlin yaraları diaqnozu ilə
ona zəruri tibbi xidmətlər göstərilib.
Hazırda
cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
23:20 12.09.2025
Oxunuş sayı: 754