Ağdamda yeniyetmə yol qəzasında ölüb

Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Crossmedia.az
xəbər verir ki, hadisə rayonun Səfərli kəndi ərazisində qeydə alınıb.
“VAZ-21015” markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində
sərnişin - 2011-ci il təvəllüdlü yeniyetmə hadisə yerində ölüb.
Hazırda
faktla bağlı araşdırma aparılır.
19:18 12.09.2025
Oxunuş sayı: 1268