Tovuzda avtomobillər toqquşaraq körpüdən aşıb

Tovuzda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Crossmedia.az-ın məlumatına görə, hadisə Bakı–Qazax magistral yolunun üzərində yerləşən körpüdə baş verib.
İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Toqquşmadan sonra avtomobillər körpüdən dərəyə aşıb.
(APA)
Qəza nəticəsində iki nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
22:35 10.09.2025
Oxunuş sayı: 660