Qanunsuz odlu silah-sursat aşkar edilib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Crossmedia.az-a nazirlikdən bildirilib.
Sentyabrın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança, 6 tüfəng və 4 ədəd patron aşkar edərək götürüblər.
10:32 10.09.2025
Oxunuş sayı: 884