Gəncədə uçqun zamanı xəsarət alanların adları məlum olub -YENİLƏNİB

Gəncədə söküntü işləri aparılan evdə baş verən uçqun zamanı xəsarət alanların adları məlum olub.
Crossmedia.az xəbər verir ki, 2002-ci il təvəllüdlü S.Məmmədov, 2003-cü il təvəllüdlü T.Məmmədov və 2004-cü il təvəllüdlü T.Kərimov xəsarət alıblar.
Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
YENİLƏNİB
Gəncə şəhərində ev tikintisi zamanı uçqun olub, ölən və xəsarət alanlar var.
Crossmedia.az xəbər veir ki, hadisə şəhərin Cavad xan qəsəbəsində
qeydə alınıb.
Belə ki, ərazidə ev tikintisi zamanı uçqun baş verib.
Hadisə nəticəsində 1985-ci təvəllüdlü Taleh Kərimov
dağıntılar altında qalaraq ölüb.
Qeyd edək ki, ölən şəxsin usta olduğu bildirilir.
Hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb.
Hazırda faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma
aparılır.
16:30 07.09.2025
Oxunuş sayı: 898