Nəsimi rayonunda evdə meyit aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Crossmedia.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin
Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb
olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti
aidiyyəti üzrə təhvil verilib.
13:10 07.09.2025
Oxunuş sayı: 1246