Tovuzda avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonunun Qovlar şəhəri ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Crossmedia.az xəbər verir ki, məlumatla əlaqədar hadisə
yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından
Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, "Nissan Note" markalı minik avtomobilinin yoldan çıxaraq
ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü
deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli
bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1994-cü il
təvəllüdlü İbrahimova Əfsanə Məhəmməd qızını xilas edərək təcili tibbi yardım
briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
12:00 07.09.2025
Oxunuş sayı: 1237