Lənkəranda 34 yaşlı qadın bıçaqlanıb

Astara sakini Lənkəranda bıçaqlanıb.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin
"Qala" deyilən ərazisində baş verib.
Belə ki, rayonun Təngərüd kənd sakini, 1991-ci il təvəllüdlü
Bəxtiyarova Mehriban Qubalı qızı xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının
Təcili tibbi yardım şöbəsinə
hospitalizasiya olunub.
Xəstəxanadan bildirilir ki, qadın daxil olanda bədəninin
müxtəlif nahiyələrində döyülmə xəsarətləri və qarın boşluğunu dəlib-keçən kəsilmiş-deşilmiş
yara müşahidə olunub. O, kəskin qanaxma səbəbindən təcili əməliyyat olunub.
Zərərçəkən bildirib ki, ona tanışı, 1991-ci il təvəllüdlü Rəşad
adlı şəxs (soyadı dəqiqləşdirilir - red) xəsarət yetirib.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Qeyd edək ki, M.Bəxtiyarovanın 2 övladı var. O, Lənkəranda
kirayə evdə yaşayır.
Hazırda faktla bağlı araşdırma aparılır.
22:34 06.09.2025
Oxunuş sayı: 1533