Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Crossmedia.az xəbər verir ki, hadisə axşam saatlarında köhnə
Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində
qeydə alınıb.
İlkin məlumata görə, BMW markalı avtomobil yolu keçən naməlum
piyadanı (kişi-red) vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Onun şəxsiyyəti müəyyənləşdirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
22:00 06.09.2025
Oxunuş sayı: 1875