Qazaxda avtomobillər toqquşub, xəsarət alanlar var -YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" (FHN) qaynar telefon xəttinə Qazax rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən Crossçedia.az-a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Opel" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıblar.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli xəsarətlər alaraq "VAZ-2107" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1992-ci il təvəllüdlü Bayramov Niyaz Eyvaz oğlunu, eləcə də sərnişinləri, 1992-ci il təvəllüdlü Nuriyev Rəşad İbrahim oğlu və 1989-cu il təvəllüdlü Sadıqov Sadıq Məhəmməd oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
21:40
Qazaxda avtomobillər toqquşub.
Crossmedia.az xəbər verir ki, hadisə Çaylı kəndində qeydə
alınıb.
Belə ki, "VAZ-2107" və "Opel" markalı
avtomobillərin toqquşması nəticəsində 3 nəfər;- 1992-ci il təvəllüdlü Niyaz
Bayramov, 1989-cu il təvəllüdlü Sadıq Sadıqov və daha bir nəfər (kimliyi dəqiqləşdirilir-red)
müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
22:47 06.09.2025
Oxunuş sayı: 811