Səbail rayonunda dənizdə meyit aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Crossmedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata gör, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə
Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb
olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan
çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
20:32 06.09.2025
Oxunuş sayı: 1215