Yük maşınının körpüdən aşması nəticəsin 3 nəfər həyatını itirib -YENİLƏNİB


Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (1 kişi, 2 qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirlib.
Onlardan 2000 və 2002-ci il təvəllüdlü şəxslərə (qadın cinsli) döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb. Hadisə nəticəsində 1978-ci il təvəllüdlü (kişi cinsli) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da bioloji ölüm faktı qeydə alınıb.
Sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yaralılardan biri yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Qəza nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
12:51 06.09.2025
Oxunuş sayı: 681