Sumqayıtda tanışı kişinin qulağını dişləyərək qoparıb

Sumqayıtda tanışı kişinin qulağını dişləyərək qoparıb.
Crossmedia.az xəbər verir ki, şəhər sakini, 1990-cı il təvəllüdlü
Bayramov Nurlan Arif oğlu ilə tanışı arasında mübahisə zamanı dava düşüb.
Hadisə zamanı Nurlan Bayramov tanışı Zaur adlı şəxsin
qulağını dişləyərək qoparıb.
Nəticədə zərərçəkən xəsarət alıb.
Məlumata görə, xəsarətlərin dərəcəsini müəyyən etmək üçün
müvafiq ekspertizalar təyin olunub.
Hazırda əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər
görülür.
19:04 04.09.2025
Oxunuş sayı: 1003