Ağdərədə dağlıq ərazidə yanğın olub

Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq ərazidə yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar
Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən
həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində quru ot və
kol-kosdan ibarət sahədə baş vermiş yanğın daha geniş əraziyə yayılmasına imkan
verilmədən söndürülüb.
Yaxınlıqdakı yaşayış evləri və meşə zolağı yanğından mühafizə
olunub.
18:42 04.09.2025
Oxunuş sayı: 942