Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb -DİN

Sentyabrın 3-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Crossmedia.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
10:16 04.09.2025
Oxunuş sayı: 761