Qanunsuz silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Crossmedia.az nazirliyə istinadən xəbər verir ki, sentyabrın 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 4 qumbara, 1 alışdırıcı, 6 tüfəng və 1 patron darağı aşkar edərək götürüblər.
11:13 03.09.2025
Oxunuş sayı: 1112