Qanunsuz odlu silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Crossmedia.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 6 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edərək götürüblər.
10:33 02.09.2025
Oxunuş sayı: 755