Salyanda Kür çayında yaşlı kişi meyiti tapılıb

Kür çayının Salyan rayonundan keçən hissəsində yaşlı kişi meyiti aşkar olunub.
Crossmedia.az
xəbər verir ki, hadisə Salyan şəhəri ilə Babazanlı yaşayış məntəqəsini birləşdirən
körpünün yaxınlığında qeydə alınıb.
Məlumata
görə, meyit şəhərin Qüdrət Səmədov küçəsində yaşayan, 1938-ci il təvəllüdlü
İbrahimov Əbülfəzə məxsusdur.
Meyit
götürülərək aidiyyati üzrə təhvil verilib.
Hazırda
faktla bağlı araşdırma aparılır.
19:21 28.08.2025
Oxunuş sayı: 889