Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Avqustun 27-də Şamaxı rayonunun Muğanlı kəndi ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Crossmedia.az-a bildirilib ki, araşdırmalarla yanğının rayon sakini Mirağa Kazımov tərəfindən törədildiyi məlum olub. Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.
16:22 27.08.2025
Oxunuş sayı: 723