Xocavənd və Ağdərədə yanğınlarla mübarizə davam edir

Fövqəladə Hallar Nazirliyi tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu barədə Crossmedia.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Küləkli hava şəraiti yanğınla mübarizəni çətinləşdirsə də yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.
Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.
14:20 26.08.2025
Oxunuş sayı: 614