DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib

Avqustun 23-də və 24-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Crossmedia.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 16 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.
10:21 25.08.2025
Oxunuş sayı: 792