Astarada 72 yaşlı kişi dənizdə boğulub

Astarada 72 yaşlı kişi dənizdə boğulub.
Crossmedia.az xəbər verir ki, boğulma hadisəsi rayonun Xəzər
dənizi sahilində yerləşən Qamışoba kəndi ərazisində baş verib.
Belə ki, dənizdə istirahət edənlər sahildə meyit aşkar ediblər.
Yaxınlıqda olanlar boğulan şəxsin Bala Şahağac kənd sakini 1953-cü il təvəllüdlü
Xudaverdi Ağarza oğlu Məmmədov olduğunu təsdiq ediblər. Hüquq-mühafizə
orqanları əməkdaşları hadisə yerinə baxış keçiriblər. Müəyyən edilib ki,
boğulan şəxs fiziki qüsurlu (lal və kar) olub. O, vaxtaşırı dəniz havası almaq
üçün bu əraziyə gəlirmiş.
Ehtimal edilir ki, mərhum suda olarkən ürəktutması keçirib və
suya yıxılıb. Bundan sonra ləpələr onu sahilboyu isiqamətində hərəkət etdirib.
Onun şəxsi əşyaları tapıldığı ərazidən təxminən 100 metr aralıda müəyyən edilərək
götürülüb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil
verilib.
Faktla bağlı araşdırma aparılır.
01:00 25.08.2025
Oxunuş sayı: 716