Abşeronda azyaşlı çoxmərtəbəli binadan yıxılaraq ölüb

Abşeron rayonunda faciəvi hadisə baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Saray qəsəbəsində yerləşən
yaşayış kompleksində qeydə alınıb.
Belə ki, azyaşlı uşaq binanın 8-ci mərtəbəsindən yıxılaraq
dünyasını dəyişib.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıq səbəbindən baş
verib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma
aparılır.
19:04 24.08.2025
Oxunuş sayı: 780