Xaçmazda minik avtomobili suvarma kanalına düşüb

Xaçmaz rayonunda minik avtomobili suvarma kanalına düşüb.
Crossmedia.az xəbər verir ki, "Hyundai" markalı nəqliyyat
vasitəsi kanalın kənarı ilə hərəkətdə olan zaman sürücü idarəetməni itirib və
avtomobil suya düşüb.
Nəqliyyat vasitəsindəki şəxsləri xilas etmək mümkün olub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Hazırda fakt ilə bağlı araşdırma aparılır.
16:55 24.08.2025
Oxunuş sayı: 898