Lənkəranda 34 yaşlı qadın qətlə yetirilib, əri könüllü təslim olub -YENİLƏNİB

Lənkəranda qadını qətlə yetirməkdə şübhəli bilinən əri polisə könüllü təslim olub.
Crossmedia.az xəbər verir ki, Əfsanə Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Nicat Lələzadə polisə gedərək könüllü təslim olub. Hadisənin başvermə səbəbləri araşdırılır.
YENİLƏNİB
Lənkəranda qadın qətlə yetirilib.
Crossmedia.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.
1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədənin müxtəlif nahiyələrində və boynunda kəsilmiş-deşilmiş yaralarla Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
O, xəstəxanaya daxil olarkən həkiməqədər ölüm faktı qeydə alınıb.
Ə.Lələzadənin qətlində həyat yoldaşı şübhəli bilinir.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
10:19 24.08.2025
Oxunuş sayı: 707