Yük maşınından tikinti materialları oğurlayan şəxslər saxlanılıb

Binəqədi rayonu, Biləcəri qəsəbə sakininə məxsus yük avtomobilindən 1200 manat dəyərində tikinti materialları oğurlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Əliyev, 23 yaşlı Ə.Bağırov və 21 yaşlı N.Səfərəlizadə müəyyən olunaraq saxlanılıblar.
Qeyd edilib ki, Nəsimi rayonunda isə bir nəfərin mobil telefonu və qol saatını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı E.Qasımov da polis əməkdaşları tərəfindən tutulub.
Məlumatda bildirilib ki, faktlarla bağlı araşdırmalar davam etdirilir.
13:47 23.08.2025
Oxunuş sayı: 686