DYP: Təhlükəli manevrlər edən sürücü məsuliyyətə cəlb edilib

Baş Dövlət Yol Polisi İdarəsinin “050 8000 902” nömrəli “WhatsApp” qaynar xəttinə daxil olmuş vətəndaş müraciətində bir avtomobil sürücüsünün digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaratdığı və təhlükəli manevrlərlə qəza şəraiti yaratdığı əks olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal aparılan araşdırma nəticəsində həmin sürücü müəyyən edilib və barəsində inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki, yol hərəkəti qaydalarına əməl etmək, digər hərəkət iştirakçılarına hörmətlə yanaşmaq həm şəxsi təhlükəsizlik, həm də ümumi yol hərəkəti təhlükəsizliyinin qorunması baxımından zəruridir", -məlumatda deyilir.
12:10 23.08.2025
Oxunuş sayı: 609