Astarada qəza törədən motosikletçi ölüb

Astarada qəza törədən motosikletçi ölüb.
Crossmedia.az
xəbər verir ki, hadisə Züngüləş kəndində baş verib.
Belə
ki, Ərçivan qəsəbə sakini, 1995-ci il təvəllüdlü Hüseyn Araz oğlu Əliyev idarə
etdiyi motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib.
Nəticədə motosiklet yol kənarındakı dirəyə çırpılıb.
Qəza
nəticəsində H.Əliyev aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Onun
meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya
Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla
bağlı araşdırma aparılır.
01:30 22.08.2025
Oxunuş sayı: 915