Tovuzda Kür çayı sahilində güclü yanğın olub

Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində, Kür çayının sahilində yanğın hadisəsi qeydə alınıb.
Crossmedia.az
zxəbər verir ki, hadisə vətəndaşlara məxsus açıq sahədə anidən başlayıb.
Dərhal
əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin
Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4, Ağstafa rayon Dövlət
Yanğından Mühafizə Hissəsinin isə 1 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb
olunub.
Yanğın
nəticəsində təxminən 300 hektara yaxın quru otlaq və kol-kos sahəsi yanıb. FHN əməkdaşlarının
operativ müdaxiləsi sayəsində ərazidə yerləşən vətəndaşlara məxsus fermalar
alovdan qorunub.
Hadisə
ilə bağlı araşdırma aparılır.
22:35 21.08.2025
Oxunuş sayı: 1567