Qanunsuz odlu silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir .
Crossmedia.az nazirliyə istinadən xəbər verir ki, avqustun 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 qumbara, 1 alışdırıcı, 9 tüfəng, 1 patron darağı və 193 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
10:34 21.08.2025
Oxunuş sayı: 675