DİN: "Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb"

Avqustun 20-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Crossmedia.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
10:01 21.08.2025
Oxunuş sayı: 664