Bakıda qeyri-etik reklam mətni olan elektron lövhə yığışdırılıb


Bakının Xətai rayonunda, Məhəmməd Hadi küçəsində obyektlərdən birində qoyulan qeyri-etik reklam mətni olan elektron lövhə yığışdırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib.
Bildirilib ki, qanunvericiliyin tələbinə əsasən həmin reklam sökülüb.
Xatırladaq ki, sözügedən reklam mətni ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb və narazılığa səbəb olub.(Report)
14:07 20.08.2025
Oxunuş sayı: 765