Ehtiyatsızlıqdan adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Avqustun 19-də saat 03 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Elşad Şixiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Crossmedia.az xəbər verir ki, araşdırma zamanı 1987-ci il təvəllüdlü Aysel Rufullayevanın aralarında yaranmış mübahisə zamanı bıçaqla ehtiyatsız davranması nəticəsində Elşad Şixiyevin almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Aysel Rufullayeva polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
17:53 19.08.2025
Oxunuş sayı: 715