Polis paytaxtda quldurluq edən şəxsi saxladı

Nəsimi rayonunda quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs gecə saatlarında zərərçəkmişə zor tətbiq edərək onun mobil telefonunu ələ keçirib.
Crossmedia.az xəbər verir ki, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 20 yaşlı Q.Qılmanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
13:32 19.08.2025
Oxunuş sayı: 675