Xırdalanda yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində təkər tullantıları yanması barədə ilkin məlumat daxil olub.
Crossmedia.az FHN-ə istinadən xəbər verir ki, məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
12:48 19.08.2025
Oxunuş sayı: 514