1,5 tondan artıq çətənə kolu aşkarlanaraq məhv edilib

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avqustun 18-də yabanı halda bitmiş ümumi çəkisi 1,5 tondan artıq 1791 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Crossmedia.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu istiqamətdə tədbirlər davam etdirilir.
11:30 19.08.2025
Oxunuş sayı: 667