Gəncədə VANDALLIQ: Şəhidlərin xatirəsinə ucaldılan abidəyə ziyan vurublar

Ötən gün gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən İstiqlal parkının ərazisində yerləşən və 44 günlük Vətən müharibəsinin şəhidlərinin xatirəsinə ucaldılmış heykəlin mərmər üzlüyünün bir neçə hissəsi qırılaraq zədələnib.
Crossmedia.az xəbər verir ki, hazırda Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müvafiq şöbələri tərəfindən parkın ərazisində baş vermiş xoşagəlməz hadisənin aradan qaldırılması istiqamətində təmir və bərpa işlərinə start verilib.(Oxu.az)
15:43 18.08.2025
Oxunuş sayı: 3386