Bakı Olimpiya Stadionun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat yayılıb.
Nizami rayonu, Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki,qəza səbəbindən həm mərkəz, həm də Aeroport şosesi istiqamətlərində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
10:41 18.08.2025
Oxunuş sayı: 818