Müğənni Rəqsanə 520 min dollarlıq dələduzluqda ittiham olunaraq həbs edilib

Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
Crossmedia.az
xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən
şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ
dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Qeyd
edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin
xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi
başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa
cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan
tədbiri seçilib.
Qeyd
edək ki, məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.
18:39 16.08.2025
Oxunuş sayı: 1298