Polis paytaxtda ev və mağazadan pul oğurlayan şəxsləri saxladı

Xəzər rayonu ərazisində yerləşən mağazaların birindən 2616 manat oğurlanıb.
Crossmedia.az xəbər verir ki, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini törədən şəxsin 23 yaşlı R.Rzayev olduğu müəyyən edilərək saxlanılıb.
Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı isə zərərçəkmişin evindən 1400 manat pul oğurlayan 33 yaşlı X.Məmmədov tutulub. Onun üzərindən narkotik vasitə marixuana da aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
11:09 16.08.2025
Oxunuş sayı: 623