Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib:Ölən və yaralananlar var -YENİLƏNİB

Bakı şəhəri Sabunçu rayonu, Aeroport yolu ərazisindən baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son durumu açıqlanıb.
Crossmedia.az xəbər verir ki, təcili tibbi yardım briqadası tərəfindən iki nəfərə (kişi) yerində tibbi xidmət göstərilib və onlar Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
Məlumata görə, 1985-ci il təvəllüdlü şəxsə sağ bazunun sınığı, 2001-ci il təvəllüdlü şəxsə isə döş qəfəsinin küt travması diaqnozu təyin olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2001-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1985-ci il təvəllüdlü şəxsin vəziyyəti stabil qiymətləndirilib. Zəruri ilkin tibbi yardım göstərilən şəxs iltizamnaməsi alınıb və ixtisaslı tibbi xidmətdən imtina edib.
YENİLƏNİB
Suraxanı rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Qəza zamanı ölən və xəsarət alanlar var.
14:26 16.08.2025
Oxunuş sayı: 5821